“Qabil” pyesi | Bayron

Corc Qordon Bayron (1788-1824) “Qabil Pyesi” Əsər Üç pərdəli pyesdir. Əsərin I pərdəsinin I səhnəsində Cənnətin yaxınlığında bir yer təsvir olunur. Günəş yenicə doğur. Əsər Adəm , Həvva , Qabil , Habil ,Ada və Sellanın ibadətlə məşğul olması ilə başlayır. Öz ibadətlərinin əsnasında Adəmlə Qabilin dialoqu başlanır. Adəm Qabildən soruşur;
-Sən niyə susub qalmısan ? Niyə dua etmirsən ? Qabil deyir mənim minnətdar olduğum bir qüvvət , təşəkkür edəcəyim bir şey yoxdur. Sonra Həvvə gəlir bəd xəbər gətirir. Deyir ki, qadağan olunmuş ağacın meyvəsi yetişmişdir. Adəm deyir;
-Biz də onu yenidən dadmaq məcburiyyətindəyik.Qabil deyir sən neçin həyat ağacının meyvələrindən yemədin? Bunu etmiş olsaydın, indi bilik ağacı səni bu qədər qorxutmazdı. İbadət qutarandan sonra hərə öz işləri ilə məşğul olmağa başlayırlar.Adəm və Həvvə gedirlər. Sonra Habil ilə Ada Qabilə Allaha ibadət etməyini istəyirlər. Habil deyir;
-Yoxsa kədərlərinlə böyük Tanrını qəzəbləndirmə , qəmginlik nəticə verməz. Habil, Ada və Sella gedirlər.Və Qabil yalnız qalır özü-özünə öz həyatını danlayır. Bu zaman İblis Qabilə yaxınlaşaraq mən sizin düşündüklərini bilirəm və sizin halınıza acıyıram. Qabilə ilə İblisin dialoqundan biz İblisin öz qüdrətindən danışdığın şahidi oluruq. O, burada Qabilin Suallarını cavablandırır.Qabil bilmədiyi şeylər haqqında iblisdən soruşur. Qabil İblisə deyir ki, Habil , özu ilə birlikdə Allaha qurban kəsməyim üçün çox yalvarır, lakin mən indiyə qədər Allaha bəndəlik etmədim . Sonra İblis deyir;
-Allaha əyilməyən –mənə əyilmiş deməkdir. Qabil deyir; Yox , mən heç bir qüvvətin qarşısında əyilmək istəməyirəm. İblisin sonrakı dediklərindən qabilə deyir fəqət, sən mənimsən . Allaha bəndəlik etməyən –mənim bəndəmdir. Bu zaman Ada gələrək Qabili çağırır. Deyir; Mən sənin üçün gəldim , istirahət və sevinc zamanı çatmışdır, bircə sən yoxsan . Sənin meyvələrin dəymişdir, günəş kimi parlayır,gedək! Qabil deyir bunu görmursən ? Ada görurəm buda görduyumuz mələk kimidir. Qabil deyir ; yox o, Allah kimi danışır . Sən ona inanma ilanda Allah kimi danışırdı . Burada Adanın İblis ilə dialoqundan sonra İblis Qabilə deyir ki, Bilik istəyirsənsə , arxamca gəl, ən qəddar düşmənim olan Allahın sənə verməklə bütün həyat boyu səni sədətdən məhrum etdiyi yasaq edilmiş meyvəsiz belə sənin biliyə qarşı ehtiyacımı təmin edə bilərəm , dalımca gəl. Qabil ilə İblis gedir. Ada isə Qabilin arxasınca onu çağırır.

Bununla I pərədə sona çatır . Və II pərdənin başlanğıcı üçün zəmin yaranır. II pərdənin I səhnəsində sonsuz bir fəza təsvir olunur. Sonsuz fəzadə İblis və Qabilin dialoqu təşkil edir. İblis bu Sonsuz fəzadə Qabilə yeri göstərir, ondan başqa O, sonsuz fəzanın dərinliklərini görür. İblis, Qabili ölmüşlər dünyasına aparır. Qabil ölmüşlər dünyasına yaxınlaşdıqca qaranlıq sıxlaşır, zülmət onu qapalayır. Artıq ulduzlardan bir əsər qalmır. Qabil deyir; Madam ki, Adəmin işlədiyi günah bütün bizləri ölümə məhkum etmişdir, mən kimsənin yaxa qurtarmayacağı ölümü indidən görmək istəyirəm. Qabil baxır görür hər tərəf qaranlıq , zülmətdir. Onlar bu zaman buludlar içərisində yox olurlar.
Bundan sonra II pərdənin II səhnəsi başlanır. Burada ölüm səltənəti təsvir olunur. Qabil özünü ölüm səltənətində sakit hiss edir. Buranın nə qədər böyük, nə qədər dərin , pərişan bir dünya , Sonsuz fəzalarda yanan parlaq ulduzlardan daha çox nüfuzu malik bir aləm , Lakin nə qədər tutqun , nə qədər pərişan bir görkəmi olduğunun söyləyir. İblis ölüm səltənətində Qabilə ölümun nə olduğunu izah edir. II pərdənin sonunda İblis Qabilə öz dünyasına qayıtmağı məsləhət verir. Və ona Allahın bəxş etdiyi səmavi sədəqələrin hamsınıdan dadmağı məsləhət verir .
-Düşün və səbr et! Zahiri boşluq və heçlikləri görməmək üçün mənliyinidə yüksək bir mənəviyyat yarat! Özündəki dünya duyğularını qır, ruhi əzəliyyətə qovuş! Və buradan onlar yox olurlar. III pərdənin I səhnəsi cənnətin yaxınlığında bir yer təsvir olunur, və Qabil və Adanın dialoqu ilə başlanır.Ada Qabilə deyir ki, o, nə yaxşı mələk imiş. Səni cəmi mədən 2 saat ayırdı və yenidən mənə qaytardı. Qabil soruşur necə ki, mən orada illərlə qaldığımı zənn edirəm . Demək o, doğurdan da vaxtı öz gördüklər ilə ölçür. Qabil ilə Adanın dialoqu əsnasında Habil onlara yaxınlaşır. Habil Qabilin bir ruh ilə danışdığını bilib ondan soruşur o, ruh yaxud mələk idi? Qabil deyir ;yox Habilin fikrincə bəlkə o, Allahın düşmənidir. Qabil deyir; Allahın düşməni olsa da, insanların dostudur.Bu söhbət zamanı Habil ilə Qabilin mübahisəsi düşür. Qabil,Habildən ondan əl çəkməyini istəyir. Habil isə deyir; Verəcəyimiz qurban və lazımi ibadəti yerinə yetirmədən mən səndən əl çəkməyəcəyəm.Axırda bir razılaşmağa gəlirlər. Habil söyləyir , mənim sürümün ilk quzuları , mənim qurbanlığımdır. Çünki, aciz bir çobanın qurbanı bundan artıq olmaz ki, ... Sonra Qabil buyurur , mənim sürüm yoxdur. Mən əkinçiyəm. Qurbanım da yerin zəhmətlərimə qarşı verdiyi bərəkətdən ibərət olacaqdır. Od yandırırlar. Habilin mehrabı üzərindəki od parlaq bir alov sütunu şəklində qalxaraq göyə yüksəlir. Eyni zamanda bərk bir külək əsərək Qabilin mehrabını çevirir və üzərindəki meyvələr yerə səpələnir. Qabilin duaları qəbul olunmur.Qabil istəyir ki, Habilin quzu qanına boyanmış mehrabı parçalayıb dağıtsın. Bu zaman Qabil ilə Habilin davaları düşür. Nəticədə Qabil mehrabın üzərində götürdüyü alovu odun parçasilə Habilin gicgahından vurur.Habil qalxaraq qardaşım ! Sən nə etdin?! Və deyir;
-Of, ey böyük Yaradan , mənim imanlı ruhumu qəbul et! Qatili bağışla , o bunu anlamadan, düşünmədən etdi. Qabil qardaşının öldürməyən peşman olur. Və çox təəssüflənir. Bu zaman Sella gəlir. Sella soruşur bu nə iniltidir? İnildəyən kimdir? Və sonra Habil öldüyünü görüb qışqırır buraya gəliniz,tez tələsiniz, ey vah yer üzünə ölüm gəlmişdir. Çağıra-çağıra qaçır.Sonra Ada gəlir. Və Mələk Qabili çağırır ondan qardaşı Habilin harda olduğunu soruşur.Ada Habilin meyiti üzərinə düşüb öpür. Qabil Adaya deyir; bizim yolumuz şərqə doğrudur. O ölü ölkədə yaşamaq mənə daha çox yaraşır.Əsərin sonu Qabil sual ilə qurtarır. Ümümilikdə əsər özünəməxsus süjet xətti ilə seçilirdi. “Qabil” pyesi ingilis ədəbiyyatının zəngin xəzinəsini daha da zənginləşdirmişdir.
MÜəllif: Corc Qordon Bayron

Oxşar məqalələr

 

0 şərh